ABŞ və Çin arasında son vaxtlar yaranan vəziyyət o səviyyədədir ki, hər iki ölkənin siyasi rəhbərliyi proseslərin daha qaynar fazaya keçməməsi üçün mövcud ticarət müharibəsini dayandırmağa məcburdur.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, ABŞ və Çin münasibətlərindəki gərginlik iki ölkə arasında hərbi strateji maraqlardan qaynaqlanmır:

“Son vaxtlara qədər Çin və ABŞ hərbçiləri arasında geniş əlaqələr, mütəmadi görüşlər adi hal almışdı. Çin bütün hərbi sənayesini müdafiə xətti üzrə inkişaf etdirməklə ABŞ üçün hansısa təhlükə törətmir. Mərkəzi Asiya və Sakit okean hövzəsində öz mövqelərini genişləndirməyə çalışması da məhz bu siyasətə xidmət edir. Son vaxtlar Trampın Çinlə əməkdaşlıqla bağlı fikirləri iki ölkənin hərbi qarşıdurma həddində olmadığnı göstərir. Vaşinqtonun Yaponiyada reaktiv raket sistemləri yerləşdirə biləcəyi ilə bağlı yayılan məlumatların Çini elə də narahat etdiyini düşünmürəm. Çünki bu sistemlər Cənubi Koreyada mövcuddur və bu ölkə Çinə Yaponiyadan daha yaxındır. ABŞ mətbuatında ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxanın qapalı iclasda Pentaqonun əsas prioritetinin Çin olacağı ilə bağlı ifadələr işlətdiyi bildirilib. Amma yayılan məlumatların doğru olub-olmaması məlum deyil. Anonim mənbəyə istinad etməklə birmənalı ittiham etmək doğru olmaz. Digər tərəfdən, ABŞ rəsmiləri bu məlumatı inkar edir”.

Ekspert vurğulayıb ki, amma bütün bunlar ABŞ-la Çin arasında hər şeyin qaydasında olmasını deməyə əsas vermir:

“İki ölkə arasında ticarət sahəsində cox ciddi problemlər var. Bunun da əsas səbəbini transmilli kampaniyalarda axtarmaq lazımdır. Bildiyimiz kimi, son illər Çin şirkətləri texnologiya sahəsində çox irəli gedib və bu sahədə məşhur dünya brendləri ilə qarşıdurmaya səbəb olan ciddi rəqabət yaradıb. Keçən ilin dekabrında güclənən bu qarşıdurma ticarət müharibəsinə gətirib çıxarıb. Çinin yüksək texnologiyalar sahəsində nəhəng “Huavey” texnologiya şirkətinin sahibi Ren Zenqfeyin qızı Menq Vanzhounun həbs olunması bu qarşıdurmanı daha dərinləşdirib. Hazırda bu həbsə etiraz olaraq Çində ABŞ və Kanada mallarına, xüsusən də Əpl (Apple) məhsullarına qarşı kütləvi kampaniya başlayıb. Ən əsası bu kampaniya dövlət tərəfindən dəstəklənir”.

Ekspert bildirib ki, amma hər iki dövlət rəsmiləri tərəfindən verilən bəyanatlar, açıqlamalar münasibətlərin korlanmayacağını, əksinə, inkişaf edəcəyini göstərir.

24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü

Xəbər lenti