|
ABŞ qoşunlarının Suriyadan tamamilə çıxacağı dəqiq vaxt məlum deyil.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilib.
“Hərbçilərin Suriyada uzun müddət qalıb-qalmayacağı bəlli deyil. Bizim hər hansı müddətimiz yoxdur. Prezident ordunun geri çağırılması ilə bağlı qərar verdi. Bu qərar müttəfiqlərimiz, partnyorlarımızla müzakirə ediləcək”, - deyə bəyanatda bildirilib.