|
Avropa Şurasının rəhbəri Donald Tusk Polşanın yox, Almaniyanın nümayəndəsidir.
Axar.az xəbər verir ki, bunu “Polska Times” qəzetinə müsahibəsində Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç deyib.
“Biz Donald Tuskun legitimliyini şübhə altına qoymuruq, lakin onu Polşanın nümayəndəsi hesab etmirik. Avropa Şurasına seçki zamanı biz Yaçek Sariuş Volskinin namizədliyini irəli sürdük. Avropa Şurasına seçkidən bir neçə saat öncə Tuskun seçilməsini Angela Merkel Almaniya parlamentində çıxışı zamanı söylədi. Bundan belə nəticə çıxır ki, o, qeyri-rəsmi də olsa, Almaniyanın nümayəndəsidir”, – deyə o bildirib.