|
"Şimali axını 2" qaz kəməri layihəsi Rusiya əleyhinə olan sanksiyaların təsirini yox etdi və Ukraynanın "qatil"i oldu.
Axar.az xəbər verir ki, bunu Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç deyib.
Çaputoviç Avropanın sözügedən layihəyə son verməsinin lazım olduğunu deyib:
"Şimal axını 2" Ukraynanı öldürür. Əgər Rusiyanın Ukrayna ərazisindən qaz tranziti azalarsa, bu ölkə sadəcə əhəmiyyətli bir gəlirini itirməyəcək, həm də gələcəkdə Rusiyanın hücumlarından siğortalanması mümkünsüz olacaq".