|
Astana prosesi çərçivəsində İran və Türkiyə arasında əldə edilən razılaşma Suriyadakı gərginliyi azaldıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
Nazir dünyada bir supergüc olması anlayışının da yanlış olduğunu ifadə edib:
“Astana prosesində İran və Türkiyənin rolu Suriyada gərginliyin get-gedə azalmasına səbəb oldu. Bu ölkə təhlükəsizliyə qədəm qoydu”.