|
Qazaxıstanın Semey şəhərində bir qrup yerli sakin azərbaycanlılara məxsus "Bakı" kafesini gəlib və iaşə obyektinin işçilərini Karaqandada öldürülən qazaxın intiqamı anlamında ölümlə hədələyiblər.
Virtualaz.org xəbər verir ki, Qazaxıstanda üç erməni Karaqanda şəhərində restoranın yaxınlığında 23 yaşlı gəncin ölümündə ittiham olunurlar. Karaqanda vilayətinin polis departamenti şübhəlilərin fotoşəkillərini və anket məlumatlarını yayıb. Yerli məhkəmə onlarn həbsi barədə qərar qəbul edib.
Karaqanda Prokurorluğunda kütləvi davanın millətlərarası ədavətdən yaranmadığını bildiriblər və yalan məlumatlara inanmamağa çağırıbar.
Qazaxıstanlı politoloq Arsen Sarsekov öz bloqunda yazıb ki, kifayət qədər yaşlı kişilər Semeydə azərbaycanlıların "Bakı" kafesinə gələrək qazaxı öldürmüş ermənilərə görə haqq-hesab çəkmək istəyiblər. Oradan isə Azərbaycanın bayrağı asılıb.
Bu adamlar hələ bilmirlər ki, Bakı Azərbaycanın – Ermənistanın düşməninin paytaxtıdır. Azərbaycan bayrağının erməni bayrağından nə ilə seçilməsindən də xəbərləri yoxdur. Din barəsində isə heç danışmağa dəyməz...”
Diqqət! Təqdim olunan videoda senzuradan kənar ifadələr işlənir.