|
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibəti çox təhlükəlidir.
Axar.az xəbər verir ki, bunu MSNBC televiziyasında çıxışı zamanı ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi deyib.
Pelosi çıxışı zamanı Putini “qanqster” adlandıraraq, Trampın onunla münasibətlərinin qorxulu olduğunu deyib.
Qeyd edək ki, Pelosi 2019-2020-ci illər üçün Nümayəndələr Palatasının spikeri seçilib. O bundan öncə bu vəzifəni 2007—2011-ci illərdə icra edib. Bununla belə Pelosi 2003-cü ildən demokratların Nümayəndələr Palatasında lideri vəzifəsini icra edir.