|
İngiltərədə “Sarı jiletlilər” parlament binasına hücum edib.
Axar.az xəbər verir ki, 100 nəfərdən ibarət etirazçı qrup parlament binasına daxil olmağa çalışsa da, İngiltərə polisi onları dayandırıb.
İngiltərə polisi 13 yaşlı qız uşağı da daxil olmaqla, ümumilikdə 4 nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, Fransada benzinin bahalaşmasına qarşı başlayan “Sarı jiletlilər” aksiyası bir sıra Avropa ölkələrinə də yayılıb.