|
Belarus Gürcüstanla əməkdaşlığı gücləndirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Gürcüstan Prezidenti Salome Zurabişviliyə iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətiylə göndərdiyi məktubda yer alıb.
“Belarus bundan sonra da Gürcüstanla xalqların rifahı üçün siyasi, ticari-iqtisadi və humanitar əlaqələri gücləndirmək niyyətindədir. Dövlətlərarası əlaqələrin aktiv və hərtərəfli davam etdirilməsi yeni perspektivli müştərək layihələrin reallaşdırılmasına səbəb olacaq” – deyə o bildirib.