|
Taliban əfqan hökuməti ilə sülh danışıqları üçün ilkin şərtini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın sözçüsü Zabihullah Mücahid danışıb.
Mücahid danışıqlara başlamaq üçün ilkin şərtlərinin ABŞ-ın Əfqanıstandan çıxması olduğunu bildirib.
“ABŞ-ın təsiri altında olan hakimiyyətlə görüşməyin heç bir anlamı yoxdur”, - Taliban sözçüsü qeyd edib.