|
18:44
İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların UTC vaxtı ilə 13:42-də qeydə alındığı, ocağının isə 40 km dərinlikdə olduğu deyilib.
Zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 136 km şimal-şərqdə, İranın İlam şəhərindən isə 87 km şimal-qərbdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
***
İranda onlarla insan İraqla sərhəddə baş vermiş zəlzələdən sonra müxtəlif zədələrlə xəstəxanalara müraciət edib.
Bu barədə İran İslam Respublikasının Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi deyib.
"Bu insanlardan heç kim zəlzələ nəticəsində zərər çəkməyib. Travmalar qorxu və qaçışla bağlı olub", - deyə Xalidi agentliyə bildirib.
Onun sözlərinə görə, xəstəxanalara 31 nəfər müraciət edib. Onlardan 29 nəfər evə buraxılıb. İki zərərçəkmişə tibbi yardım göstərilir.