|
19:36
Əfqanıstanın Bədəxşan vilayətində torpaq sürüşməsi nəticəsində qızıl mədəninin çökməsi ən az 30 şaxtaçının ölümünə səbəb olub.
Axar.az xəbər verir ki, məlumatda 20 şaxtaçının da xəsarət aldığı qeyd olunub. Çökmə nəticəsində torpaq altında başqa şaxtaçıların da qaldığı istisna edilmir.
Qeyd edək ki, Bədəxşan vilayətində üç gündür kəskin hava şəraiti hökm sürür. Güclü qarın magistral yolları bağlaması nəticəsində vilayətin digər rayonlarla nəqliyyat əlaqəsi kəsilib.
***
Qızıl mədəninin çökməsi nəticəsində həlak olanların sayı 40-a çatıb.