|
İndoneniyanın Xalmaxera adası yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanların UTC vaxtı ilə 17:27-də qeydə alındığı bildirilib.
Zəlzələnin episentri Tobelo şəhərindən 151 km qərbdə, ocağı isə 60,6 km dərinlikdə yerləşib.