Bu gün, yanvarın 6-da Qazaxıstanın Karaqanda vilayətində minlərlə qazax küçələrə axışaraq etirazlara başlayıblar.

 

Musavat.com xəbər verir ki, buna səbəb 23 yaşlı qazaxın “Qədim Roma” restoranında öldürülməsidir. Çoxminlik yürüşü əks etdirən kadrlar BASE Yutub kanalında yayılıb.

Erməni mediası açıq etiraf etməsə də, bu aksiyanın Qazaxıstandakı ermənilərə qarşı keçirildiyi şübhə doğurmur. Belə ki, gənc qazaxın qətlinə görə, bu ölkədəki erməni diasporunun 3 üzvü şübhəli sayılır. İzdihamlı aksiyanın öz məcrasından çıxaraq toqquşmalara səbəb olacağından ehtiyatlanan hökumət qabaqlayıcı tədbirlər görüb. Belə ki, kadrlardan da göründüyü kimi, aksiyanın keçirildiyi əraziyə xüsusi təyinatlı qüvvələr gətirilib, həmçinin binaların üstünə snayperlər yerləşdirilib. Məlumatlardan bəlli olur ki, qətl hadisəsindən bir gün sonra sosial şəbəkələrdə videokadrlar yer alıb. Yüzlərlə qəzəbli qazax qətl olayına görə Qazaxıstandakı erməni diasporunu günahlandırıb. Elə buna görə də polis dərhal küçələri nəzarət altına alıb, qəzəbli kütlənin ətrafını “çəpərləyib”.

Qazaxıstan mediası öz növbəsində xəbər verir ki, polis əməkdaşlarının operativ əməliyyat tədbirləri nəticəsində üç kişi həbs olunub. Onlar Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamirovişdir.

Saxlanılanlar ağır cinayət əməli ilə bağlı şübhəli şəxs qismində tanınıb. Karaqanda şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Bundan əlavə, Karaqanda vilayətinin departamenti Qururyan Narek barəsində axtarış elan edib.

Az öncə Qazaxıstandakı Ermənistan səfirliyi baş verənlərlə əlaqədar bəyanat verib, qətlə yetirilən gəncin ailəsinə başsağlığı verib, həmçinin sakitliyə çağırış edib.

25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Xəbər lenti