İngiltərə Beynəlxalq Statistika Ofisinin (ONS) yaydığı məlumatlara görə, 6 yanvar tarixində ölüm faizi gündəlik orta ölüm faizindən 25 faiz daha artıqdır.

Soyuq hava və mövsümi stresə görə bu faizin yüksəldiyi təxmin edilir.

Musavat.com xəbər verir ki, mütəxəssislər bu statistikalardan yola çıxaraq 6 yanvar bazar günündə “Evinizdə oturun, riskli işlər görməkdən və bayıra çıxmaqdan çəkinin. Çünki bu bazar günü İngiltərədə ölümlərin ən çox yaşandığı gündür” çağırışını edib.

Bu fikir bir çoxlarına ürküdücü gələ bilər. Ancaq İngiltərə Beynəlxalq Statistika Ofisinin rəqəmləri 2005-ci ildən bu yana 6 yanvarda digər hər hansı bir gündə yaşanandan daha çox ölüm hadisəsi baş verdiyini müəyyənləşdirib. 6 yanvarda orta hesabla ölən insanların sayı 1.732-yə çatdığı halda, bu faiz il boyu 1.387 olaraq hesablanıb. Bundan başqa, 5 və 7 yanvar tarixlərində də bu ortalama ilə müqayisədə daha çox ölümlər yaşanır.

Analitiklər 6 yanvarda artan ölümlərin soyuq havanın insanları infeksiyalara və xəstəliklərə qarşı daha həssas etməsi ilə bağlı olduğunu deyir. Nəticə olaraq bu xəstəliklər xüsusən yaşlılar arasında fiziki zəifliklərə və ölümə yol aça bilir. Bundan başqa, mütəxəssislər yanvar ayında tətil stresinin də xeyli artdığını və işə yenidən başlamanın bədbəxtlik yaratdığını deyir.

“Deyli Teleqraf” qəzetinin xəbərinə görə, Şepel Araşdırma Qrupundan Stiv Kotl "İntihar və intihara cəhdlər yeni il bayramının ardınca və yanvar ayının əvvəllərində yüksəkişdə olur” deyib.

Bundan başqa, cənazə xidmətləri verən Beyond, 30 iyulda orta hesabla 1.208 olan ölüm sayının il boyunca ən aşağı səviyyəyə endiyini ifadə edir. Və bu səviyyə də gündəlik olaraq, illik ortalamadan 13 faiz daha azdır. Beyonun qurucu ortağı olan Ceyms Dun “Yeni il tətilinin dərhal ardınca belə bir həqiqətlə üzləşmək dəhşət vericidir. Amma 6 yanvar bizim “ölüm günümüzdür” deyib.

25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Xəbər lenti