|
Türkiyə hərbi təyyarələri Şimali İraqda yerləşən terrorçu sığınacaqlarını bombardman edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi rəsmi Tvitter səhifəsindən məlumat yayıb.
“İraqın şimalındakı Avaşin-Basyan bölgəsinə 5 yanvar tarixində edilən hücum nəticəsində terror təşkilatına aid mağara və sığınacaqlar məhv edilib, bazalarımıza hücum hazırlığında olan silahlı 7 terrorçu zərərsizləşdirilib”, - açıqlamada bildirilib.