|
Budapeştdə təxminən 10 min nümayişçi əmək qanunvericiliyindəki islahatlara etiraz olaraq küçələrə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.
Etirazçılar maksimum iş saatının 250-dən 400-ə çatdırılmasını nəzərdə tutan islahatları “köləlik” adlandırıblar.
Ölkədəki Həmkarlar İttifaqları hökumətdən yeni qanunun ləğv edilməsini tələb edib. Tələbin yerinə yetirilməyəcəyi halda etirazların davam edəcəyi və 19 yanvarda ümumi tətil baş tutacağı bildirilib.