Türkiyənin 99%-i mədəni və sosioloji baxımdan müsəlmandır.

 

Axar.az xəbər verir ki, bunu “Doyçe Velle”yə Türkiyədə özünü müsəlman adlandıranların sayının aşağı enməsiylə bağlı müzakirəyə cavabında ilhaiyyatçı yazar Cəmil Qılınc deyib.

“Əslində əxlaqi və insan haqları dəyərləri üzərindən dindarlıq müəyyənləşdirilməlidir. Etiqad anlamında məsələyə nəzər yetirilsə, Türkiyədə müsəlmanların sayı 60%-i keçmir. Türkiyədə hazırda hakim olan Əməvi müsəlmanlığıdır. Quranda müəyyən edilən namaz əslində haqsızlıqlara üsyandır. Əməvi müsəlmanlığında olan namaz isə sultana, dövlətə, iqtidara itaət kimi görülür. Bu gün Türkiyədə namaz Allah rizası üçün qılınmır. Namaz siyasi iqtidara itaətin ifadəsi formasında qılınır. Artıq məscidlərdə iqtidarın siyasətini əks etdirən xütbələrə daha tez-tez rast gəlirik. Məsələyə insan haqları, vicdan və ağıl baxımından yanaşsaq, o zaman deist və ateistlər Quranda buyurulanları müsəlman olduğunu deyənlərdən daha yaxşı tətbiq edirlər. Bu gün deist və ateistlərin çoxu müsəlmanlardan daha əxlaqlı və vicdanlıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyədə insanlar artıq camaatlar, təriqətlər və siyasi iqtidar tərəfindən təqdim edilən hakim din anlayışını qəbul etmir və nəticədə bu tip dindarlığı rədd edirlər.

“Doyçe Velle”yə açıqlama verən Türkiyə Ateizm Dərnəyinin rəhbəri Selin Özkohen isə ateistlərin son illər söylədikləri bir çox şeyin haqlı olduğunu və bunun da insanlara təsir etdiyini bildirib:

“Son zamanlar təriqət və camaatların etdikləri hər kəs tərəfindən görünür. Biz əvvəldən indiyə qədər dövlətin camaatlar tərəfindən idarə edilməməsi gərəkdiyini deyirdik və bu məsələdə haqlı çıxdıq. Bu yaşananlar insanların inandıqları dini sorğulamağa başlamağa və ateist olmalarına şərait yaratmağa başlatdı. Artıq insanlar daha cəsur şəkildə ateist olduqlarını söyləməyə başlayıblar. Ölkədəki dindarlar bir-birinə çevriliş etməyə cəhd edir, lüks və dəbdəbə ilə yaşayırlar. İnsanlar bu xaosu görürlər və özlərini bu çevrədən kənarda tutmağa çalışırlar. Bundan sonra bir az elmi düşüncə, məntiq və sorğulama sayəsində deist və ya ateistə çevrilməyə başlayırlar”.

Qeyd edək ki, keçən həftə “Konda” araşdırma mərkəzi 10 illik ictimai dəyişikliklə bağlı hesabat yayımlayıb. Hesabata əsasən, 10 il ərzində Türkiyədə ateistlərin sayında artım müşahidə edilib. Belə ki, ölkədə ateistlərin sayı 1%-dən 3%-ə qədər artıb. Özünü dindar olaraq görənlərin sayı isə son 10 ildə 55%-dən 51%-ə enib.

25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Xəbər lenti