|
Norveçli diplomat Geyr Pedersen BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin icrasına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Pedersen bu vəzifəyə 31 oktyabrda təyin edilib. Bundan öncə bu vəzifəni Stefan de Mistura icra edib. Mistura öz istəyi ilə vəzifəsindən istefaya gedib.
Pedersen bundan öncə Norveçin Çindəki səfiri olub.