|
İtaliyanın şimalında Monte Marteka dağında baş verən yanğın Varese şəhəri yaxınlığında təxminən 100 hektar meşə sahəsini məhv edib.
Azərtac xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, iki helikopter və üç təyyarə cəlb edilib. Alovun yayılmasının qarşısını almaq üçün könüllülər də daxil olmaqla ümumilikdə 150-dən çox insan yanğının söndürülməsində iştirak edir.
Lombardiya vilayətinin qubernatoru Attilio Fontana yanğınla bağlı yaradılan qərargahda vəziyyətlə tanış olarkən deyib: “Yanğının miqyası adamı dəhşətə gətirir. Ancaq küləyin sürətinin azalması işlərimizi bir qədər asanlaşdırır”.
Yanğının baş vermə səbəbləri məlum deyil.