2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı, lakin bu, son hədd deyil.

Əlaqələrin gələcəkdə daha da inkişafı üçün bir sıra amillər mövcuddur. O cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

Bu fikirləri Azərtac-a açıqlamasında Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçuk deyib.

O bildirib ki, bu gün Azərbaycanla Rusiya yalnız tərəfdaş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqdirlər, baxmayaraq ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Bu mənada ikitərəfli münasibətlərimizdə mövcud olan qeyri-formallıq da bu etibarlılığı təmin edir. Əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində görülən işlərdən danışarkən demək olar ki, ötən il iki ölkə arasında bir çox sənədlər imzalanıb. Bu sənədlər əlaqələrin genişləndirilməsi baxımından baza rolunu oynayır.

Politoloq bildirib ki, ötən il Prezident Vladimir Putin və Prezident İlham Əliyevin şəxsi görüşləri müntəzəm şəkildə keçirilib və MDB Sammitindəki kimi işgüzar görüşlər də daxil olmaqla heç vaxt formal xarakter daşımayıb. Bu münasibətlər iki dövlət arasındakı qarşılıqlı əlaqələr üçün etibarlı təməl və zəmanətdir. Elə bir sahə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin diqqətindən yayınsın.

“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olmaqla yanaşı, Bakı geniş miqyasda daha fəal, fərqli fenomenə çevrilir. Bu, ona görə baş verir ki, Bakı ən çətin vəziyyətdə belə öz suveren mövqeyini saxlayır. Bu, hər zaman hörmət doğurur”,- deyə Qriqori Trofimçuk vurğulayıb.

O bildirib ki, hazırda iki ölkənin prezidentlərinin qarşıya qoyduqları əsas məsələ bütün planlaşdırılmış layihələrin ardıcıl həyata keçirilməsidir. Bu layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizini, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə yaranan imkanları qeyd etmək mümkündür.

Müdafiə sahəsi ilə bağlı məsələlərin də rəsmi Moskva və Bakı üçün prioritet təşkil etdiyini deyən politoloq vurğulayıb ki, burada hərbi strukturlar arasındakı fəal əlaqələri, Bakının Rusiya və NATO nümayəndələrinin görüşləri üçün unikal potensialını qeyd etmək lazımdır. Bütün bunlar Ermənistan daxilində və Dağlıq Qarabağ ətrafında davam edən gərginlik, dünyada ümumi vəziyyətin pisləşməsi fonunda əlaqələrimizin gələcək inkişafı üçün əsas yaradır.

25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Xəbər lenti