|
ABŞ İraq ordusunun nəzarətinə keçən Kərkükdəki K1 hərbi bazasının özlərinə verilməsini istəyir.
Axar.az xəbər verir ki, ABŞ məsələ ilə bağlı İraq ordusunun nümayəndələri ilə görüşüb.
Bu barədə məlumat verən peşmərgə qüvvələrinin komandanı Nuri Əli ABŞ hərbçilərinin Kərkükdəki Keyvan 1 hərbi bazasının onlara verilməsini tələb etdiklərini deyib.
N. Əli tərəflər arasındakı danışıqların peşmərgə və İraq ordusu arasındakı münasibətlərə də müsbət təsir göstərəcəyini bildirib:
"Kərkükdəki vəziyyəti normallaşdırmaq və bölgəyə yerləşən müxtəlif qüvvələrin çıxarılmasını təmin etmək üçün koalisiya qüvvələri ilə birgə iş aparırıq".