|
İraqın Səlahəddin şəhərində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, 5-i isə yaralanıb.
Axar.az xəbər verir ki, Səlahəddin mahal şurasının üzvü Mehdi Taki terror aktının şəhərin girişində, Akvas nəzarət postunda baş verdiyini bildirib.
O, hücumun İŞİD tərəfindən həyata keçirildiyinin ehtimal edildiyini vurğulayıb.