Karaqanda insidenti adi kriminal hadisə deyil.

Bu olay göstərdi ki, ermənilər yaşadıqları hər yerdə öz kriminal maraqları naminə mövcud sabitliyi pozurlar.

Bu sözləri Axar.az-a Qazaxıstanın Karaqanda şəhərində kütləvi davada ermənilərin 23 yaşlı qazax gənci öldürməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Karaqandada ermənilərin 23 yaşlı qazax gənci öldürməsi bütövlükdə türk dünyasına bəslənən nifrətdən qaynaqlanır:

“Karaqanda Qazaxıstanın Almatıdan sonra ikinci ən böyük şəhəridir və orada müxtəlif millətlərin nümayəndələri yaşayır. Ermənilər də Qazaxıstanın xüsusilə iri şəhərlərində toplanıblar. Ermənilərin türk düşmənçiliyi bu ölkədə tez-tez təzahür edir. Karaqandada baş verən cinayətin kökündə də məhz ermənilərin türklərə bəslədiyi kin dayanır. Qazaxıstan prezidentinin son bir neçə kitabında qazaxların türk kökənli xalq olmaları, ümumtürk birliyini yaratmaq ideyalarını və əhali arasında türkçülük şüurunun genişlənməsi istiqamətində mühüm addımlar geniş şəkildə vurğulanır. Görünür, ermənilər qazaxlarda özünüdərketmə şüurunun oyanmasına görə çox ciddi narahatlıq keçirirlər. Bu narahatlıq da özünü aydın surətdə Karaqanda hadisəsində təzahür etdirdi. Bu baxımdan da həmin insidentə adi kriminal hadisə kimi baxmaq olmaz. Bu hadisə göstərdi ki, ermənilər yaşadıqları hər yerdə öz kriminal maraqları naminə mövcud sabitliyi pozurlar. Bundan başqa, Qazaxıstanın Dağlıq Qarabağ probleminə və ermənilərin bu torpaqlarda törətdikləri cinayətlərə qarşı etirazı da ermənilərdə bu xalqa qarşı gizli kin formalaşdırıb”.

Politoloq hesab edir ki, Karaqanda insidentindən sonra Qazaxıstanda ermənilərə qarşı münasibət daha sərt və prinsipial olacaq:

“Ermənilər təkcə Azərbaycanda deyil, türk dünyasının hər yerində türklərdən qisas almağa meyillidirlər. Baş verən olay isə özlüyündə Qazaxıstanın stabilliyinə və multikultural mühitinə qarşı çox ciddi təhdiddir. Bu mənada Karaqandada baş vermiş cinayət ermənilərin özbaşınalığına birdəfəlik son qoyulması üçün mühüm bir presedentə çevrilə bilər. Qazaxıstanda əhalinin ayağa qalxması, ermənilərə qarşı manifestasiya və bu fonda ermənilərin ölkədən çıxarılmasına dair tələblər də məhz bundan xəbər verir”.

Q.Hüseynli cinayətin baş verdiyi “Qədim Roma” restoranı ilə yanaşı, olayda adı hallanan “Bakı” restoranının da ermənilərə məxsus olduğunu qeyd edib:

“Hadisədən sonra bir qrup qazax “Bakı” restoranına hücum etmək istəsə də, obyektin ermənilərə məxsus olmadığını bildikdən sonra fikirlərindən daşınıblar. Zənnimcə, bu restoran da azərbaycanlılara deyil, vaxtilə Bakıdan çıxan ermənilərə məxsusdur. Onlar qazaxları özünə cəlb etmək, türk mənşəli xalqların bir-birinə yaxınlığından və isti münasibətlərindən istifadə etmək üçün belə bir metoda əl atıblar. Necə ki, hər fürsətdə Azərbaycanın mədəniyyətini və dəyələrini oğurlayırlar, eləcə də həmin məkana Bakı adını verməklə ondan bir vasitə kimi istifadə etməyə çalışırlar. Hesab edirəm ki, Karaqanda olayı bu fonda daha bir erməni mənfurluğunu faş etmiş oldu”.

Qeyd edək ki, yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində yerləşən “Qədim Roma” restoranında kütləvi dava zamanı ermənilər 1 qazaxı öldürüb, 3-nü isə yaralayıb. Davanın iştirakçısı olan 2 erməni və 1 qazax həbs edilib. Bundan sonra qazaxlar ermənilərə qarşı aksiyalara başlayıblar.

25 Aprel 2025 Tramp ermənilərin gözləntilərini puç etdi
25 Aprel 2025 Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
25 Aprel 2025 İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
25 Aprel 2025 Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
25 Aprel 2025 ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
25 Aprel 2025 Hindistanla Pakistan arasında gərginlik artır
25 Aprel 2025 Tramp Putinə çağırış etdi - “Dayan!”
25 Aprel 2025 Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
25 Aprel 2025 ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
25 Aprel 2025 İsrail Qəzzada döyüşləri gücləndirəcək
24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı

Xəbər lenti