|
Rusiya 4500 kilometrdən uzaqda yerləşən hədəfləri vura biləcək yeni Kalibr-M qanadlı raketlərinin yaradılmasına başlayacaq.
Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. Yeni raketlərin Rusiya Hərbi Dəniz Donanması üçün hazırlanacağı bildirilib. Kalibr-M-in 2027-ci ilə qədər Rusiya donanmalarına verilməsi nəzərdə tutulub.
Yeni raketlərlə böyük suüstü gəmilərin və atom sualtı qayıqlarının təchiz ediləcəyi vurğulanıb. Onun xüsusilə yerüstü obyektlərin məhvi üçün nəzərdə tutulacağı bildirilib. Bu raketlərin adi başlıqlarla bərabər, nüvə başlıqları da daşıması planlaşdırılıb.
Qeyd edək ki, hazırda Rusiya Hərbi Dəniz Donanmasında “Kalibr” raketləri var. Bu raketlərin maksimal uçuş məsafəsi 2 min kilometrə bərabərdir. Rusiya bu raketlərlə xüsusilə Xəzər və Qara dəniz donanmasını təchiz edib.