|
Suriya hökuməti ABŞ ordusunun Suriyanı tərk edəcəyini açıqlamasından sonra kürdlərlə təmas yaradıldığını etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər nazirinin müavini Faysal Miqdad danışıb.
“YPG ilə dialoqdan başqa alternativ yoxdur. Suriya hökuməti mümkün türk müdaxiləsinə qarşı YPG ilə təmasları yenidən aktivləşdirib”, - Miqdad bildirib.