|
Rusiya ilə ABŞ ümumi və ikili gündəmlə bağlı ixtilafları, təsir sahələrinin bölünməsi, yeni təhlükəsizlik sisteminin yaradılması, bütün dünyanın sabit inkişafı məsələsində razılığa gəlməli olan iki böyük dövlətdir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Anton Morozov ABŞ Prezidenti Donald Trampın ABŞ-Rusiya münasibətlərinin yaxşılaşacağı barədə açıqlamasına münasibət bildirərkən deyib.
“Bu, hadisələrin təbii gedişatıdır. Mən də aramızdakı fikir ayrılıqlarının müvəqqəti xarakter daşıdığına və gələcəkdə bu ixtilafların olmayacağına inanıram”, - Morozov bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-Rusiya münasibətlərinin düzəlməsini istədiyini söyləmişdi.