|
Qarabağ separatçıları Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı başladılan məhkəmə prosesindən təşvişə düşüb.
Axar.az xəbər verir ki, artıq separatçıların deputatı Artur Tovmasyan məsələ ilə bağlı bəyanat yayıb. Tovmasyan Köçəryanla bağlı məhkəmə prosesinin ədalətlə yekunlaşacağına inandığını bildirib:
“Biz 1 mart hadisələrinin doğru araşdırılmasının tərəfdarıyıq. Biz həmçinin prosesin “qarabağlı-ermənistanlı” parçalanmasına gətirib çıxarılmasını istəmirik. Lakin bu cür tendensiya artıq müşahidə edilir. Biz hər kəsi ehtiyalı olmağa çağırırıq. Bizim hazırkı həlledici anda birliyimizi pozmaq haqqımız yoxdur”.