|
Dünya siyasətindəki köhnə güc mərkəzləri çoxqütblü dünyanın formalaşmasına müqavimət göstərəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Çoxqütblülük qaçılmazdır. Yeni, daha demokratik və daha ədalətli dünya nizamının qurulmasına köhnə qüvvələr müqavimət göstərəcəklər. Bu proses Çin və Hindistan kimi yeni iqtisadi mərkəzlərin yüksəlişi ilə başladı”, – deyə o bildirib.