|
Britaniya Çinlə yox, ABŞ-la müttəfiqliyi seçsə, aparıcı dünya gücü statusunu itirəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə “Qlobal Tayms” qəzeti çıxış edib.
“Əgər London əvvəlki kimi ABŞ-la xüsusi kontakta ümid edirsə, o zaman Britaniya ənənəvi aparıcı güc potensialını ortaya çıxarmaq imkanlarını itirəcək. Çinlə əlaqələr isə ona daha uğurlu strateji mövqe qazandıracaq. Britaniya Avropanın digər dövlətləri kimi yenə də öz gücünün zenitinə qalxmaq iqtidarında deyil. Ona görə də London ağıllı addım ataraq, çoxqütblü dünyada supergücün bir hissəsi olmaqdan imtina etməyi bacarmalıdır”, - qəzetdə bildirilib.