|
Avropa Birliyi Krım körpüsünün tikintisində iştirak edən 6 Rusiya şirkətinə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat AB-nin rəsmi saytında yer alıb. Sanksiyaların “Mostorest”, “Stroyqazmontaj”, “Hiprostroymost İnstitutu – Sankt-Peterburq”, “Zaliv” gəmiqayırma zavodu, “Stroyqazmontaj – MOST” və VAD şirkətlərinə tətbiq edildiyi bildirilib.
Qeyd edək ki, “Stroyqazmontaj” şirkəti rusiyalı milyarder Arkadi Rotenberqə məxsusdur.