Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziri Cuzeppe Konte arasında Transadriatik boru kəməri (TAP) layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın rəsmi Bakıya xüsusi diqqətini nümayiş etdirir.

 

Bunu Trend-ə qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, TAP layihəsinə hər zaman ABŞ Energetika Nazirliyi və Dövlət Departamenti tərəfindən yüksək diqqət göstərilib.

P.Teys qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti ekosistemin qorunması sahəsində unikal liderlik nümayiş etdirib, enerji sektorunda irimiqyaslı layihələr icra edib:

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən təşəbbüs göstərilən və maliyyələşdirilən bu iri regional enerji layihələri ərazisi Azərbaycandan böyük olan və torpaqları qonşu ölkələrin qoşunları tərəfindən işğala məruz qalmayan ölkələrdə paxıllıq və heyrət doğurub. Azərbaycan bütün dünyaya göstərdi ki, ərazilərinin 20 faizinin Ermənistan qoşunları tərəfindən işğal olunmasına baxmayaraq öncül texnologiyalara, siyasi iradə və inkişaf etmiş infrastruktura sahib ölkədir. Bütün bu amillər Cənub-Şərqi Avropa və onun hüdudlarından kənarda strateji maraq oyadan regional enerji layihələrinin reallaşdırılmasına xidmət edir”.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransında TAP-ın İtaliyanın enerji təchizatı üçün strateji layihə olduğunu deyib.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti