|
ABŞ-ın Avropadakı obyektlərinə elektrik enerjisi təminatı Rusiyadan tədarük edilən qazdan asılıdır.
Axar.az xəbər verir ki, bu iddia ilə “Nəşnl İnterest” qəzeti çıxış edib.
“Rusiya Avropaya daha çox qaz göndərir. Şimal Axını-2-yə mane olmaqla bərabər, konqresmenlər hərbi obyektlərdə yaranacaq təhdid zamanı mikroqridlərin (xüsusi ərazilərdə azad şəkildə çalışacaq enerji şəbəkələri strukturlarının yaradılması, lokal enerji sistemləri – red.) təşkili barədə düşünməlidir. Cari ilin ilk rübündə Avropanın idxal etdiyi qazın 41%-i, Almaniyada yerləşən ABŞ-ın ən böyük strateji obyekti olan Raşmtayn bazasının isə tədarük etdiyi neftin 40%-i Rusiyanın payına düşür. Halbuki bu obyekt Amerikanın Avropadakı aviasiyasının və NATO Hərbi Hava Komandanlığının mənzil-qərargahı sayılır. Məhz buna görə də Şimal Axını-2 Moskvanın geosiyasi gücünü və AB-nin rus qazından asılılığını artırır. Avropaya qaz satışından əldə edilən gəlir isə Moskvaya öz hədəflərinə çatması üçün böyük imkanlar verir”, – deyə məqalədə bildirib.