|
Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmaq məsələsi Ermənistan hökumətinin proqramına daxil edildi.
Əgər türk hökumətindən bununla bağlı bir mesaj gəlsə, bunu dəyərləndirəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib. O deyib ki, Türkiyənin ilkin şərt olmadan danışıqlara başlayacağı inandırıcı görünmür.
“Türkiyə prezidenti və XİN rəhbəri Bakını ziyarət edib, orada mənfi açıqlamalar verirlər. Bu andan etibarən Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu görmürük”, - Balayan bildirib.
Xatırladaq ki, Tiqran Balayanın açıqlamalarından fərqli olaraq bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu bildirmişdi.