|
Çinin Tszyansi vilayətində dəfn tam qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” qəzeti yayıb. Qəzet vilayət rəhbərliyinin boş torpaqların qorunması üçün bu addımı atdığı bildirilib.
Vilayət rəhbərliyi həmçinin bölgədə yeganə dəfn növünün kremasiya (meyiti yandırma) olacağını bildirib. Artıq indidən bölgədəki əhalidən tabutların toplanılmasına və məhvinə start verilib. Əhalinin bir qismi isə tabutların ləğvinin qarşısının alınması üçün hakimiyyət nümayəndələrinə müqavimət göstərməyə başlayıb.