|
Türkiyə Əfqanıstanın Cəlalabad şəhərində Miqrantlar və Geri Qayıdanlar İdarəsinə edilən terror hücumu ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda Əfqanıstanda keçən həftə sonundan bu yana baş verən teraktlarla bağlı vəziyyətin daha da pisləşdiyi bildirilib.
XİN terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və xaincəsinə edilən terror hücumunu lənətləyib.
Qeyd edək ki, Cəlalabad şəhərində Miqrantlar və Geri Qayıdanlar İdarəsinə edilən terror hücumu nəticəsində 5 nəfər ölüb, 14-ü yaralanıb.