|
Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarda ABŞ yalnız özünü günahlandırmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“İran və ABŞ-ın danışıqlarla bağlı iki ili var idi. Avropa üçlüyü, Rusiya və Çin Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı unikal razılaşmalar əldə edib. O, işləyir. ABŞ bu razılaşmadan çıxmasında yalnız özünü günahlandırmalıdır. Təhdid, sanksiya, piar işləməyəcək. İranlılara və beynəlxalq ictimaiyyətə hörmət etməyə cəhd edin”, - deyə nazir bildirib.
Qeyd edək ki, mayın 8-də Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxması barədə qərar vermişdi.