|
Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rus jurnalistlərə 10 nəfər hücum edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı MAR-ın “Ndeke Luka” radiosu yayıb. Radio jurnalistlərə hücumun axşam saat altıda Sibuta şəhəri yaxınlığında təşkil edildiyini bildirib.
Məlumata görə, təhlükəsizlik qüvvələri jurnalistlərə həmin əraziyə getməmələri ilə bağlı xəbərdarlıq etsə də, onlar bu məsləhətə məhəl qoymayıblar.