|
“Vikiliks” saytının rəhbəri Culian Assanc Ekvadorun Britaniyadakı səfirliyini tərk etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blumberq” agentliyi yayıb. Agentlik Assancın belə addım atmasına səbəbin onun sağlığında yaranan problemlər olduğunu bildirib:
“Assanc səfirlikdən gedəcəyi halda iki şey edə bilər. O, Britaniyadakı xəstəxanalardan birinə gedə və sonradan ölkədən qaça və yaxud məhkəməyə müraciət edərək, qaldırılan cinayət işlərinin sona çatdırılmasını istəyə bilər”.
Qeyd edək ki, Assanc 2012-ci ildən Ekvador səfirliyində gizlənir. Bundan öncə İngiltərənin Ekvadorla onun səfirlikdən çıxarılması üçün danışıqlar apardığı barədə məlumat yayılmışdı.