|
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verib.
Axar.az xəbər verir ki, Soylu jurnalistlərə açıqlamasında diqqəti FETÖ-ya yönəldib.
“ABŞ-da bir malımız var, o da FETÖ-dur. Onu da orada qoymayacağıq, geri alacağıq”, - o bildirib.
Qeyd edək ki, dünən ABŞ Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Onların ABŞ-a girişi qadağan edilib.