|
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun fəaliyyətini davam etdirməsi üçün Moskvaya geri dönməsinə izn verib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan deyib. Ohancanyan Xaçaturova Ermənistan ərazisini müvəqqəti tərk etməyə izn verildiyini bildirib.
Qeyd edək ki, Xaçaturov 1 mart qırğınlarında iştirakda ittiham edilir. O, 10 min dollar girov müqabilində azadlıqdadır.