|
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ABŞ Prezidenti Donald Trampa çağırış edib.
Axar.az xəbər verir ki, çağırışı zamanı Əhmədinejad ABŞ-da “yaşıl kart” alıb, yaşayan İran hökumət nümayəndələrinin yaxınlarının adları və bank hesablarının açıqlanmasını istəyib:
“Cənab Tramp, İran hökumət nümayəndələrinin yaxınlarından “yaşıl kart” sahibi olanların adları və bank hesablarının siyahısını yayımlayın”, – deyə Əhmədinejad Tvitter hesabatında mesaj paylaşıb.
Qeyd edək ki, Əhmədinejad bundan öncə İran hökumətinin nümayəndələrini xaricə pul qaçırmaqda ittiham etmişdi.