|
ABŞ-ın Türkiyə nazirlərinə qarşı sanksiyaları çox böyük siyasi xətadır.
Axar.az xəbər verir ki, bunu “Sputnik Türkiyə”yə açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.
“Bu, Türkiyəyə qarşı böyük hörmətsizlikdir. Türkiyənin S-400 sistemlərini alması Vaşinqtonda böyük narahatlıq yaradıb. Türkiyə rəhbərliyi vacib hesab etdiyi və türk xalqının maraqlarına uyğun olan ölkələrdən silah almağa qərar verir. Bununla yanaşı Türkiyə getdikcə daha müstəqil siyasət həyata keçirir. ABŞ hazırda Türkiyənin müstəqilliyinə zərər verməyə çalışır”, – deyə o bildirib.