|
Türkiyə öz nazirlərinə qarşı tətbiq edilən sanksiyalara cavab olaraq İncirlik bazasını qapada bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Bipartizan Policy Center” təşkilatının analitiki Nikolas Danfort çıxış edib.
“Türkiyə hökuməti sanksiyalara eyni şəkildə cavab verəcəyini açıqladı. Bundan sonra türk lirəsi yaranan gərginlik ucbatından dəyərini itirdi və nəticədə Türkiyə iqtisadiyyatı artıq böhranın astanasına yaxınlaşdı. Branson məsələsi hər iki tərəfin qəzəbinin simvolu halına gəlib.
Vaşinqton Ankaranın İncirlik kimi hərbi bazaları bağlamaq ehtimalına hazırlıqlı olmalıdır. Vaşinqton həmçinin İraqdan Balkanlara qədər bütün regional siyasətini nəzərdən keçirməlidir. Belə ki, Türkiyə hərbi əməkdaşlığı əvvəlki kimi zəmanət altına alınmayıb”, – deyə o bildirib.