|
ABŞ hökuməti ilə Çin İran neftinin idxalının azaldılması ilə bağlı razılıq əldə edə bilməyiblər.
Axar.az xəbər verir ki, “Blumberq” agentliyi Pekinin yalnız İrandan neft idxalını artırmamağa razılıq verdiyini bildirib.
Çinlə danışıqlara ABŞ Dövlət katibinin köməkçisi Frensis Fennon rəhbərlik edib.
Qeyd edək ki, ABŞ bu ilin noyabrında İranın neft ixracını sıfıra endirməyi planlaşdırır.