15:54

Məncə, Moskva Ermənistandan narazılığını göstərmək üçün hansısa addımlar atacaq.

Bu tədbirlər məntiqli olacaq. Yəqin ki, Ermənistan KTMT-dəki sədrliyini itirəcək, Moskva Azərbaycana silah tədarükünü artıracaq və hər şey də bununla bitəcək.

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində rusiyalı politoloq Andrey Yepifantsev deyib.

“Ermənistan rəhbərlərinin Köçəryan və Xaçaturovla bağlı dedikləri onların hadisələrə ənənəvi yanaşma tərzləridir. Onlar hər zaman deyirlər ki, biz nə ediriksə, bunu milli maraqlarımız çərçivəsində edirik. Bu bizim daxili işimizdir və işimizə qarışmayın. Lakin reallıqda Ermənistanın xarici öhdəlikləri var. Bu öhdəliklər xüsusilə KTMT və Moskva ilə münasibətlərlə bağlıdır. Burada onların azadlıqları məhdudlaşır.

Ermənistan hökuməti heç nə olmamış kimi KTMT baş katibini həbs edə bilməz. Ona görə ki, bu, beynəlxalq hüquqa ziddir. Bu, həm KTMT-nin imicinə, həm Moskvaya, həm də Ermənistan-Rusiya münasibətlərinə zərər vurur.

Əlbəttə, Paşinyanı hakimiyyətə gətirən şəxslər ona təzyiq edir və ondan köhnə hakimiyyətin qisasını istəyir. Hazırda o, cəmiyyətin bu hissəsinə özünün loyallığını göstərməlidir. Onun qarşısında seçim var idi: ya elə etməli idi ki, bu insanlar ondan üz çevirməsin, ya da Ermənistanın öhdəliklərini pozmalı idi və Paşinyan birincini seçdi.

Moskva hər zaman İrəvana qarşı “başa düşmək və əfv etmək” siyasəti çərçivəsində hərəkət edib. Məncə, erməni siyasətçilər Kremlin yenə belə siyasət yürüdəcəyini bilirlər” – deyə o bildirib.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti