![]() |
|
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın Baş Qərargah rəisi Cozef Danforda Suriya ilə bağlı məxfi məktub göndərib.
Axar.az xəbər verir ki, “Röyter” agentliyi məktubun Danforda Putinlə Trampın Helsinkidəki görüşündən bir neçə gün sonra – 19 iyulda verildiyini yazıb.
Məktubda Gerasimov Suriya qaçqınlarının geri qaytarılması və ölkənin dağıdılmış infrastrukturunun bərpası istiqamətində birgə çalışmağı təklif edib. Rusiya tərəfinin birgə fəaliyyət haqqında etdiyi təklif Bəşər Əsəd rejiminin nəzarəti altında olan regionlara aid edilib.
Gerasimovun təklifi Vaşinqtonda çox soyuq qarşılanıb.