![]() |
|
Biz Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” təliminin Qara dənizdə təhlükəsizlik və stabilliyin gücləndirilməsinə xidmət etməsi fikriylə razılaşa bilmərik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu təlimin əsas hədəfi Abxaziya, Cənubi Osetiya və Rusiyaya təzyiqin gücləndirilməsidir. Təəssüflənirik ki, müxtəlif bəhanələrlə bu tədbirə Gürcüstana qonşu olan ölkələr cəlb edilib. Stabillik helikopter və tanklar yox, konstruktiv dialoqdur”, – deyə o bildirib.
Qeyd edək ki, “Layiqli tərəfdaş” təlimində KTMT üzvü, Rusiyanın hərbi müttəfiqi Ermənistan da iştirak edir.