![]() |
|
Rusiyanın daxili işlərinə qarışmırıq, Rusiya da bizim daxili işlərimizə qarışmasın.
Axar.az xəbər verir ki, bu sözləri “Aravot” saytına açıqlamasında Ermənistan parlamentinin Yelk Blokundan olan deputatı Alen Simonyan deyib.
“Ermənistanda baş verənlər ölkənin daxili işidir. İndi mühakimə edilən hökumətin rəhbərliyi cinayət törədəndə də bu, Ermənistanın daxili işi idi. Biz heç bir formada Rusiyanın daxili işlərinə qarışmırıq. Mən parlamentin deputatı olaraq Navalnının həbsini və ya Rusiyada siyasi qətlləri şərh etmirəm. Ona görə ki, bu, Rusiyanın daxili işidir.
Bir vaxtlar Ermənistanın keçmiş baş naziri Aram Sərkisyana qarşı da konstitusion rejimi dəyişmək cəhdi ittihamı irəli sürülmüşdü. Bəs o zaman Lavrov niyə susmuşdu?” – deyə o bildirib.
Qeyd edək ki, Alen Simonyan Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının həmsədrlərindən biridir. O həmçinin bu partiyanın əsas yaradıcılarından biri sayılır.