|
Suriya Prezidenti Bəşər Əsəd Sxinvaliyə səfər etmək istəyir.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Cənubi Osetiya separatçılarının lideri Anatoli Bibilov deyib. Onun sözlərinə görə, hələlik səfərin tarixi dəqiq müəyyən edilməyib.
Qeyd edək ki, bundan öncə Suriya qondarma Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi”ni tanıyıb. İyul ayında isə Cənubi Osetiyanin separatçı lideri Dəməşqə səfər edib.